15:08 19-09-2019
news_image

DÇ-2019: Daha 4 güləşçimizin rəqibi bilindi

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

APA-nın məlumatına görə, yeddinci yarış günündə sərbəst güləş üzrə 70, 74, 92 və 125 kq-da mübarizəyə start veriləcək. 

Bu gün həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin ilk rəqibləri müəyyənləşib.

70 kq
Təsnifat - Ağahüseyn Musafayev - Heydər Yavuz (Türkiyə)

74 kq
Təsnifat - Hacımurad Hacıyev - Kumar Suşil (Hindistan)

92 kq
1/8 final - Şamil Zubairov - Süleyman Qaradəniz (Türkiyə)

125 kq
Təsnifat - Cəmaləddin Məhəmmədov - Vitali Piaşniak (Belarus)