10:43 19-09-2019
news_image

DÇ-2019: Tatyana Omelçenkodan da medalsız vida

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında Azərbaycan güləşçisi Tatyana Omelçenko çıxışını başa vurub. 

APA-nın məlumatına görə, 59 kq çəkidə mübarizə aparan güləşçi təsəlliverici qarşılaşmada ukraynalı Anjelina Lisakla dueldən məğlub ayrılıb. 

0:6 hesabı ilə geri düşən T. Omelçenko yekunda bərabərliyə (6:6) nail olsa da, rəqibin 4 xallı birdən alması təmsilçimizin mundialla vidalaşmasını rəsmiləşdirib. 

Qeyd edək ki, millinin heyətində bu gün Elis Manolova (59 kq) bürünc medal döyüşünə çıxacaq.