16:06 19-09-2019
news_image
158
FUTBOL

“Lev Yaşin mükafatı” təsis olundu

Dünyanın ən yaxşı futbol qapıçısı üçün yeni mükafat təsis olunub.

APA-nın məlumatına görə, “France Football” nəşri planetin ən yaxşı qolkiperinə “Lev Yaşin mükafatı” təqdim edəcək.

Yeni mükafat “Qızıl top” qazanmış yeganə qapıçı olan rusiyalı əfsanənin xatirəsinə belə adlanacaq. O, 1963-cü ildə Avropanın ən yaxşısı seçilib.

Mükafatın ilk sahibi bu ilin yekunlarına əsasən müəyyənləşəcək. Namizədlərin siyahısı oktyabrın 21-də açıqlanacaq. İddiaçılar arasında 10 əlcək sahibi yer alacaq. Qalibin adı dekabrın 2-də bəlli olacaq.

Qeyd edək ki, L.Yaşin SSRİ yığması və Moskva “Dinamo”sundakı çıxış edib.