12:56 26-09-2019
news_image

Taekvondo üzrə Azərbaycan yığmasında yeni baş məşqçi

Azərbaycan Taekvondo Federasiyasında yeni məşqçi təyinatı gerçəkləşib.

APA-nın məlumatına görə, “Təhsil” Respublika İdman Mərkəzinin baş məşqçisi, əməkdar məşqçi Rəşad Məmmədov milli komandaya təyinat alıb. 

O, 16-21 yaşlı qadın taekvondoçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi təyin edilib.