
17:28
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Dünya Kubokunun finalına yüksəlib.
APA-nın məlumatına görə, 32 yaşlı qrossmeyster Rusiyanın Xanti-Mansiysk şəhərində keçirilən yarışın yarımfinalında fransalı Maksim Vaşye-Laqrava qalib gəlib.
İlk matçda heç-heçə edən təmsilçimiz ikinci partiyada rəqibini 1:0 hesabı ilə məğlub edib. Bu qələbə T. Rəcəbovu finala daşımaqla yanaşı, İddiaçılar turnirinə daşıyıb.
Onun finaldakı rəqibi çinlilər - Dinq Liren və Yu Yanq Linin duelində bilinəcək. Klassik şahmatda 2 heç-heçə edən asiyalılar qalibi sürətli şahmatda müəyyənləşdirəcəklər.
Qeyd edək ki, Dünya Kuboku oktyabrın 4-də başa çatacaq.