13:12 10-10-2019
news_image
291
AVRO-2020

Macarıstan - Azərbaycan oyununun hakimləri açıqlandı

AVRO-2020-nin seçmə mərhələsinin Macarıstan - Azərbaycan oyununun hakimləri açıqlanıb.

APA-nın məlumatına görə, qarşılaşmanı hollandiyalı referilər idarə edəcəklər.

Oktyabrın 13-də Budapeştdə baş tutacaq görüşün baş hakimi Dennis Higler olacaq. Ona Yohan Balder və Joost van Zuilen kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Bas Nijhuis yerinə yetirəcək.