19:12 12-10-2019
news_image
304
AVRO-2020

“Xorvatiyadakından qat-qat yaxşı oynadığımızı sübut edəcəyik” - macarıstanlı futbolçu

“Xorvatiya ilə görüşdəki səhvlərimizi müzakirə etmişik”.

APA-nın məlumatına görə, bunu Macarıstan millisinin futbolçusu Roland Şallai deyib.

AVRO-2020-nin Azərbaycan yığması ilə sabah keçiriləcək seçmə oyununa həsr olunan mətbuat konfransında iştirak edən hücumçu görüş barədə danışıb: “Splitdəki oyunumuzu matçdan dərhal sonra soyunub-geyinmə otağında analiz etdik. Həmin qarşılaşma bizim simamızı əks etdirmir. Biz daha yaxşı oynamağı bacarırıq. Xorvatiyadakından qat-qat yaxşı oynadığımızı sübut edəcəyik”.

Qeyd edək ki, Macarıstan Azərbaycanla matçdan öncə Xorvatiyaya 0:3 hesabı ilə uduzub.