00:19 14-10-2019
news_image
299
AVRO-2020

“Zərbəm çox yaxşı və qüvvətli alındı” - yığmamıza qol vuran futbolçu

“Belə qol vurmaqdan xoşum gəlir. Zərbəm çox yaxşı və qüvvətli alındı”.

APA-nın məlumatına görə, bunu Macarıstan millisinin futbolçusu Mihaly Korhut deyib.

AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycan yığması ilə oyunundakı yeganə qolun müəllifi təxminən 28 metrdən qapıya göndərdiyi top barədə fikirlərini açıqlayıb: “Bu qolun vurulmasında trenajor zalındakı hazırlığın da rolunu dana bilmərəm. Toplu məşq zamanı da belə uzaq nöqtələrdən hədəfə düşmək üzərində çalışıram. Bu oyunda məni təəssüfləndirən odur ki, sarı vərəqə aldım. Cəzalı duruma düşdüyümdən seçmə mərhələdəki son matçı buraxmalı olacağam. Mənə elə gəlir ki, bu vərəqəni almaya da bilərdim”.