00:25 14-10-2019
news_image
313
AVRO-2020

“Belə oyunlarda 1-2 qol vurmağı bacarmaq üçün daha dəqiq olmalıyam” - macar futbolçu

“Azərbaycanla oyunda çox yoruldum. Matçın gedişində konsentrasiyanı da itirdik”.

APA-nın məlumatına görə, bunu AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycanla oyununda sonra Macarıstan yığmasının futbolçusu Roland Şallai deyib.

Komandasının 1:0 hesablı qələbəsinə sevinən futbolçu qol vura bilməməsinə üzüldüyünü açıqlayıb: “Ən yaxşı konsentrasiya isə hücum etməkdir. Biz hücumlarda qol imkanlarını da qaçırdıq. Mən öz üzərimdə işləməliyəm. Belə oyunlarda 1-2 qol vurmağı bacarmaq üçün daha dəqiq olmalıyam. Baş məşqçimiz Marko Rossi mənə xüsusi tapşırıq vermişdi. O demişdi ki, qapıya zərbə üçün əlverişli imkan görən kimi çərçivəni nişan alım”.