15:10 14-10-2019
news_image
317
AVRO-2020

AVRO-2020: Ramil Şeydayev liderdir

AVRO-2020-nin seçmə mərhələsində iştirak edən futbolçuların reytinq siyahısı açıqlanıb.

APA-nın məlumatına görə, yarışın arxada qalan hissəsinin ən yaxşısı Memfis Depaydır.

Hollandiya yığmasının üzvü 2541 xala malikdir. Onu komanda yoldaşı Frenki de Yonq izləyir – 2409. 3-cü sırada İngiltərə millisinin qapıçısı Cordan Pikford ondan 200 xal geri qalır.

Azərbaycan futbolçuları arasında ən yüksək pillədə Ramil Şeydayev qərarlaşıb. 171-ci yerdə olan hücumçunun hesabında 587 xal var.

239-cu sırada Riçard Almeyda yer alıb. Onun çıxışı 486 xalla qiymətləndirilib. Azərbaycan yığmasının ən yaxşı üç oyunçusu sırasında yer alan Bəhlul Mustafazadə 461 xalla 261-cidir.

Qeyd edək ki, Azərbaycan millisi keçirdiyi 6 oyunda 1 xal toplayıb.