10:11 15-10-2019
news_image
309
AVRO-2020

“Azərbaycan çoxlarının hesab etdiyindən daha güclüdür” - Ben Devis

“Son iki oyunumuz ərəfəsində final mərhələsinə çıxmaq iddiamızı qoruyuruq. Ümid edirəm ki, yığmamız öz işinin öhdəsindən gələcək”.

APA-nın məlumatına görə, bunu Uels millisinin futbolçusu Ben Devis deyib.

26 yaşlı müdafiəçi AVRO-2020-nin seçmə mərhələsi barədə fikirlərini açıqlayıb. O, final mərhələsinə yüksəlmək üçün Macarıstan və Azərbaycanla ilə son iki görüşdə qələbə qazanmaq lazım olduğunu, bu vəzifənin mümkünlüyünü qeyd edib: “Qrupumuzda asan rəqib yoxdur. Azərbaycan çoxlarının hesab etdiyindən daha güclüdür. Onlarla səfər matçı asan olmayacaq”.

Qeyd edək ki, Azərbaycan – Uels oyunu noyabrın 16-da keçiriləcək.