10:52 17-06-2008
news_image
411
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmatçıları İspaniyada beynəlxalq turnirə qatılacaqlar

Bakı. Kənan Həsənov - APA-Sport. İyunun 21-də İspaniyanın Reus şəhərində beynəlxalq şahmat turniri start götürəcək. “APA-Sport” agentliyinin məlumatına görə, 18-ci dəfə təşkil olunacaq yarışda dörd həmyerlimiz - Nicat Məmmədov, Azər Mirzəyev, Rəsul İbrahimov və Rəşad Babayev qatılacaq. Doqquz turdan ibarət yarışda 10 ölkədən 64 iti zəka sahibi mübarizə aparacaq.