00:23 13-10-2019
news_image
157
TOP OYUNLARI

"Atom" "partlaya" bilmədi

Kişi basketbolçular arasında Azərbaycan Super Liqasında I turun oyunları başa çatıb. 

APA-nın məlumatına görə, tura 3 matçla yekun vurulub.

Azərbaycan Dövlət Texniki Universitetində keçirilən çempionatda meydana öncə "Sərkərdə" və "Atom" klubları çıxıblar. Gərgin keçən görüşdə birincilər qalib gəliblər. "Xırdalan"ın "Atletik"ə uduzduğu turda "Sıçrayış" "80-lər"dən üstün olub. 

Super Liqa
I tur

"Sərkərdə" - "Atom" - 66:61
"Xırdalan" - "Atletik" - 67:73
"Sıçrayış" - "80"lər - 84:77

Qeyd edək ki, çempionatın açılış matçında "Zirvə Astara" "Gəncə"yə 77:56 hesabı ilə qalib gəlib.