09:30 17-10-2019
news_image
171
TOP OYUNLARI

Azərbaycan yığması mövqeyini qorudu - FİVB reytinqində

FİVB kişi voleybolçulardan ibarət milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. 

APA-nın məlumatına görə, Dünya Kubokunun yekununa əsasən müəyyənləşən siyahıda Azərbaycan yığması da yer alıb. 

Fərid Cəlalovun rəhbərlik etdiyi komandanın mövqeyi dəyişməz qalıb. Milli 177 ölkənin yer aldığı siyahıda 1 il öncə olduğu kimi, yenə 65-92-ci yerlərə şərikdir. Yığmanın hesabında 7 xalı var. 

Siyahıya Dünya Kubokunun qalibi adını qazanan Braziliya başçılıq edir. Onlar 335 reytinq xalına malikdirlər. Finalda sambaçılara uduzun Polşa (272) üçüncü pilləyə yüksəldiyi halda, bürünc medalçı ABŞ (280) yenə ikinci yerdədir. 

Qeyd edək ki, Azərbaycan yığması Dünya Kubokunda oynamayıb. Komandamızın aktivindəki xallar DÇ-2018-də qazanılıb.