09:57 28-10-2019
news_image
320
AVRO-2020

“Suonsi”nin futbolçusu Azərbaycana qarşı oynamayacaq

Uels milli komandasının futbolçusu Co Rodon Azərbaycan AVRO-2020-nin seçmə mərhələsinin son iki oyununu buraxacaq.

APA-nın məlumatına görə, Rayan Giqqzin baş məşqçiliyi dövründə əsas heyət oyunçusuna çevrilməkdə olan 22 yaşlı müdafiəçi noyabrın 16-da Azərbaycanla, üç gün sonra Macarıstana qarşı keçiriləcək görüşləri buraxacaq.

Buna səbəb “Suonsi” klubunun futbolçusunun zədələnməsidir. İngiltərə Çempionşipinin “Brentford”la qarşılaşmasında ciddi xəsarət alan C.Rodon ən azı 2 ay yaşıl meydanlardan kənar qalacaq.

Qeyd edək ki, C.Rodon bu ildən şərəfini qoruduğu əsas yığmada 4 matç keçirib.