10:24 29-10-2019
news_image
359
AVRO-2020

“Xoşbəxtlikdən Azərbaycan millisinin qolu sayılmadı” - Marko Rossi

“Azərbaycanla matçda tam qüvvəmizlə oynadıq”.

APA-nın məlumatına görə, bunu Macarıstan milli komandasının baş məşqçisi Marko Rossi deyib.

O, AVRO-2020-nin seçmə mərhələsinin oktyabrın 13-də Azərbaycan yığmasına qarşı Budapeştdə keçirilən oyununu xatırlayıb. M.Rossi Bəhlul Mustafazadənin vurduğu qolun hesaba alınmaması sayəsində qalib gəldiklərini bildirib: “Xorvatiya ilə qarşılaşmadan sonra iki gün vaxtımız var idi. 0:3 hesablı məğlubiyyətdən sonra psixoloji sarsıntıdan çıxmaq üçün bu müddət kifayət etdi. Darmadağından sonra qələbə bizim üçün çox vacib idi. Azərbaycan yığması ilə görüşdə çox qol imkanı yaratdıq və bunlardan birində istəyimizə çatdıq. Xoşbəxtlikdən buraxılan qol hakimin səhvi üzündən sayılmadı”.

Qeyd edək ki, Macarıstan Azərbaycanla ev oyununda 1:0 hesabı ilə qalib gəlib.