11:21 01-11-2019
news_image
385
AVRO-2020

Vladimir Vayss Azərbaycanla oyun üçün milliyə qayıda bilər

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanın rəqibi olan Slovakiya yığmasının sabiq futbolçusu Vladimir Vayss milli karyerasını bərpa etmək niyyətindədir.

APA-nın məlumatına görə, ötən ilin noyabrında yığma karyerasını bitirdiyini açıqlayan və bir daha baş məşqçi Pavel Hapalın rəhbərliyi altında oynamayacağını bəyan edən 30 yaşlı hücumameylli yarımmüdafiəçi fikrini dəyişib.

O bildirib ki, bir il əvvəlki qərarı emosiyalardan irəli gəlib. V.Vayss noyabrın 16-da Xorvatiya ilə səfər, üç gün sonra Azərbaycanla ev matçlarında yığmanın heyətində yer almaq arzusundadır. O, bu görüşlərdə komandaya final mərhələsinə vəsiqə qazanmağa kömək etmək istəyir: “Əgər baş məşqçi mənim yığmaya fayda verə biləcəyimi düşünsə, komandaya kömək etməyə hazıram”.

Qeyd edək ki, vaxtilə “Mançester Siti”, “Bolton”, “Reyncers”, “Olimpiakos” kimi klublarda oynamış V.Vayss 2016-cı ildən Qətərin “Əl-Qərəfə” komandasında forma geyinir.