16:46 05-11-2019
news_image
55
AVRO-2020

AVRO-2020: Final mərhələsinin oyunlarını AzTV və İTV-də

İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyəti 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin rəsmi yayım hüququna yiyələnib.

Bu barədə APA-ya İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib.

Qeyd edək ki, 12 iyun-12 iyul tarixlərində keçiriləcək AVRO-2020-nin final mərhələsinin oyunları tarixdə ilk dəfə Avropanın 12 şəhərində baş tutacaq.

Qitə çempionatının qrup mərhələsinin 3 və 1/4 final mərhələsinin bir oyunu Bakı Olimpiya Stadionunda oynanılacaq.

AVRO-2020-nin final mərhələsinin püşkatma mərasimi noyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunacaq.

Bakı vaxtı ilə saat 21-də başlayacaq tədbir İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.

Avropa Futbol İttifaqının 60 illik yubileyi münasibətilə AVRO-2020-nin müxtəlif şəhərlərdə keçirilməsi ideyası UEFA tərəfindən 2012-ci il dekabrın 6-da açıqlanıb. 2014-cü il sentyabrın 19-da UEFA-nın İcraiyyə Komitəsinin İclasında isə 12 ev sahibi şəhər təsdiqlənib.