10:29 12-11-2019
news_image
54
AVRO-2020

Slovakiya milli komandasının heyətində dəyişiklik

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Slovakiya millisinin heyətində dəyişiklik edilib.

APA-nın məlumatına görə, noyabrın 16-da Xorvatiya, üç gün sonra Azərbaycanla qarşılaşacaq slovakiyalıların yarımmüdafiəçisi Laslo Beneş zədə səbəbindən heyətdən kənarlaşdırılıb.

Onun əvəzinə yığmaya İtaliya “Breşia”sında çıxış edən Nikolas Şpalek dəvət olunub.

Qeyd edək ki, Xorvatiya – Slovakiya oyunu Riyekada, Slovakiya – Azərbaycan matçı Trnavada baş tutacaq.