14:26 30-10-2019
news_image
175
TOP OYUNLARI

Azərbaycan çempionatında mübarizə aparacaq komandaların sayı açıqlanıb

Kişi və qadınlar arasında voleybol üzrə Azərbaycan çempionatında iştirakçıların sayı müəyyənləşib.

APA-nın məlumatına görə, bunu Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev açıqlayıb.

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunan təcrübəli mütəxəssis jurnalistlərə açıqlamasında yarış barədə məlumat verib: “Mənə ölkə çempionatının başlayacağı barədə məlumat verdilər. Həm kişi, həm qadınların yarışında 6 komanda mübarizə aparacaq. Azərbaycanın 5 klubu ilə yanaşı, Gürcüstan da həm kişi, həm qadınların çempionatında bir komanda ilə təmsil olunacaq. Bu barədə razılıq əldə olunub, 3-4 gün ərzində daha ətraflı məlumat veriləcək. Bu il voleybolçulara azad transfer hüququ vermişdik ki, oyunçularımız Avropa klublarında çıxış etsinlər. Gələn il komandalarımız avrokuboklarda da mübarizə aparacaq”.