10:19 02-11-2019
news_image
173
TOP OYUNLARI

Daha bir voleybolçumuz Səudiyyə Ərəbistanı klubunda

Kişilərdən ibarət Azərbaycan milli komandasının voleybolçusu Rəsul İbrahimovun yeni klubu müəyyənləşib.

APA-nın məlumatına görə, 31 yaşlı hücumçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

192 sm boya malik voleybolçu “AlSalam” klubu ilə müqavilə imzalayıb. O, yığmadakı komanda yoldaşı Andrey Vasilenkodan sonra bu kluba keçən ikinci təmsilçimiz olub.

R.İbrahimovun anlaşması bir mövsümü əhatə edir. O, 2019/20 mövsümündə Asiya təmsilçisinin formasını geyinəcək.