21:38 11-10-2019
news_image
180
DİGƏR NÖVLƏR

Azərbaycanlı hakimi "Qızıl diplom"a layiq görülüb

İdman gimnastikası üzrə beynəlxalq dərəcəli azərbaycanlı referi Rza Əliyev “Uzun müddətli fərqlənən hakimlik” fəaliyyətinə görə Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən təltif olunub.

APA xəbər verir ki, həmyerlimizə "Qızıl diplom" hazırda Almaniyanın Ştutqart şəhərində keçirilən idman gimnastikası üzrə 49-cu dünya çempionatı (4-13 oktyabr) çərçivəsində təqdim olunub.

Bu diplom 16 il (4 Olimpiya dövrü) ərzində Olimpiya Oyunları, dünya çempionatı, Yeniyetmələrin Yay Olimpiya Oyunları, Ümumdünya Yaş Qrupu Yarışlarında qüsursuz fəaliyyətə görə verilir.

Qeyd edək ki, R. Əliyev Azərbaycanın  gimnastika tarixində ilk dəfə kişi idman gimnastikası üzrə ən yüksək - l dərəcəli beynəlxalq hakimlik kateqoriyasına malikdir.