09:26 15-10-2019
news_image
173
DİGƏR NÖVLƏR

Dördüncü medal - Dünya Çimərlik Oyunlarında

Azərbaycan milli komandası Qətərin paytaxtı Dohada keçirilən Dünya Çimərlik Oyunlarında 4-cü medalını qazanıb. 

APA-nın məlumatına görə, yığmamızı aktivinə mükafatı akvatlon növündə mübarizə aparan Rostislav Pevtsov və Kseniya Levskovskayadan ibarət cütlük yazdırıb. 

Onlar qarışıq cütlükdə finiş xəttinə 2-ci çatmaqla, gümüş medala yiyələniblər. R. Pevtsov və K. Levskovskaya 1:03,55 saat nəticə ilə ispaniyalı  idmançılardan (1:03,43) geri qalıblar.  

Qeyd edək ki, bunadək K. Levskovskaya akvatlonda gümüş və R. Pevtsov bürünc medal qazanıblar. Həmçinin Pənah İlyaslı (70 kq) çimərlik güləşində ikinci olub.