09:26 18-10-2019
news_image
130
DİGƏR NÖVLƏR

II Avropa Oyunlarının ən yaxşı idmançılarının adları açıqlandı

Belarusun paytaxtı Minskdə keçirilmiş II Avropa Oyunlarının ən yaxşı idmançıları müəyyənləşib.

APA-nın məlumatına görə, onların adları Qətərin paytaxtı Dohada təşkil olunan Milli Olimpiya Komitələri Assosiasiyasının XXVI Baş Assambleyasında açıqlanıb.

Qitə miqyaslı multiidman yarışının ən yaxşı qadın idmançısı adına 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan rusiyalı gimnast Dina Averina layiq görülüb. Ən yaxşı kişi idmançısı mükafatı isə Minsk-2019-un ikiqat qalibi və üçüncüsü olan italiyalı oxatan Mauro Nespoliyə verilib.

Qeyd edək ki, Avropa Oyunları iyunun 21-28-də keçirilib.