08:48 28-10-2019
news_image
153
DİGƏR NÖVLƏR

Qılıncoynadanımız Gürcüstanda qızıl medal qazandı

Azərbaycan qılıncoynadanı Anna Başta Gürcüstanın paytaxtı Tbilisidə “Satellite” seriyalı beynəlxalq turnirdə qızıl medal qazanıb.

APA-nın məlumatına görə, sablya üzrə milli komandamızın lideri finalda yerli Teodara Kaxianidən üstün olub. 

O, gürcü rəqibini 15:12 hesabı ilə məğlub edib.

Digər sablyaçılamızdan Səbinə Kərimova, Sevil Bünyatova və Valeriya Bolşakova qrup mərhələsini adlasalar da, 1/8 final səddini keçə bilməyiblər. Aysel Əhədova isə mübarizəni qrup mərhələsində dayandırıb.

Kişi sablyaçıların şəxsi yarışında qrup mərhələsini 3 qələbə ilə bitirən Cavanşir Ağakişiyev 1/16 finalda Səudiyyə Ərəbistanı təmsilçisi Əli Əlhüseynə 6:15 hesabı ilə məğlub olub.