17:23 28-10-2019
news_image
135
DİGƏR NÖVLƏR

Azərbaycan akrobatları Plovdivdə bürünc medal qazandı

Bolqarıstanın Plovdiv şəhərində aerobika gimnastikası üzrə “Plovdiv Cup” adlı beynəlxalq turnir keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından APA-ya verilən məlumata görə, yarışda “Ocaq Sport” İdman Klubunun üzvləri Aydan Şirinli, Dilarə Qurbanova, Nəzifə Tağıyeva, Melisa Kaysı və Evelina Əlimuradova 9-11 yaşlı gimnastlar arasında mübarizə aparıblar.

Qrup proqramı üzrə çıxışları gimnastlara bürünc medal qazandırıb.