09:29 13-11-2019
news_image
95
AVRO-2020

“Aston Villa”nın futbolçusu Bakıya gətirilməyəcək

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Uels yığmasının heyətində dəyişiklik olub.

APA-nın məlumatına görə, Nil Teylor böyük britaniyalıların heyətindən kənarlaşdırılıb.

Buna “Aston Villa”nın sol cinah müdafiəçisinin şəxsi problemləri səbəb olub. O, noyabrın 16-da Azərbaycan, üç gün sonra Macarıstana qarşı keçiriləcək matçları buraxacaq.

Qeyd edək ki, Azərbaycan – Uels matçı “Bakcell Arena”da baş tutacaq.