22:52 22-10-2019
news_image

Rumıniyalı cüdoçu Azərbaycan yığmasına bürünc medal qazandırdı

Estoniyada cüdo üzrə Avropa açıq kuboku yarışına start verilib. 

APA-nın məlumatına görə, beynəlxalq turnirdə Azərbaycanı təmsil edən Aleksandra-Larisa Florian bürünc medal qazanıb. 

Qadınlar arasında 57 kq çəki dərəcəsində mübarizə aparan millimizin rumıniyalı legioneri yalnız bir görüşdə, turnirin fransalı çempionu Prişila Gnetoya uduzaraq 3-cü yeri tutub. Florian bürünc medal uğrunda qarşılaşmada Almaniya təmsilçisi Nora Bannenberqə qalib gəlib. 

Qeyd edək ki, Tokio Olimpiadasına lisenziya xalları verən Tallin turnirində 35 ölkədən 292 cüdoçu yarışır.