20:29 13-10-2019
news_image

Güləşçilərimiz 4 medal qazandı - beynəlxalq turnirdə

Oktyabrın 11-13-də Rusiyanın Yakutsk şəhərində sərbəst güləş üzrə Dmitri Korkinin xatirə turniri keçirilib.

APA-nın məlumatına görə, ənənəvi yarışda böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında çıxış edən Azərbaycan pəhləvanlarından dördü fəxri kürsüyə qalxıb. 

Abubakr Abakarov (79 kq) və Aleksandr Qostiyev (86 kq) gümüş, Pərviz İbrahimov (57 kq) ilə Hacımurad Hacıyev (74 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, Memorialda beynəlxalq dərəcəli hakim Bəşir İsazadə ədaləti qoruyub.