16:17 14-10-2019
news_image

İkinci dəfə Avropa çempionu oldu - Elxan Cəfərov

Pencak-silat üzrə Azərbaycan millisi Niderlandın Haaqa şəhərində keçirilən açıq Avropa çempionatında 4 medal qazanıb.

APA-nın məlumatına görə, gənclərin yarışında çıxış edən Xalid Əfəndiyev və Fidan Əlizadə bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 

Böyüklərin mübarizəsində Elxan Cəfərov ikiqat Avropa çempionu adına sahib olub. Abdulla Abdullazadə isə yarışı üçüncü pillədə başa vurub.