10:18 17-10-2019
news_image

Komaya düşən boksçu vəfat etdi

Amerikalı peşəkar boksçu Patrik Dey vəfat edib.

APA-nın məlumatına görə, boksçu 27 yaşında dünyasını dəyişib.

Oktyabrın 12-dən 13-nə keçən gecə ABŞ-ın Çikaqo şəhərində keçirilən döyüş zamanı nokauta düşən boksçu 4 gün komada qalıb. 

Birinci orta çəkidə çıxış edən P.Dey USBA versiyası üzrə regional titul uğrunda qarşılaşmada Çarlz Konvellə üz-üzə gəlib. 10-cu raundda nokauta düşən boksçu huşsuz vəziyyətdə xərəklə rinqdən çıxarılıb. Xəstəxanaya çatdırılan idmançı dərhal beynindən əməliyyat olunsa da, sonradan vəfat edib.