00:00 14-11-2019
news_image
192
AVRO-2020

AVRO-2020: Türkiyə və daha 4 komanda vəsiqəni təmin edə bilər

Bu gün AVRO-2020-nin seçmə mərhələsində IX tura start veriləcək.

APA-nın məlumatına görə, A, B və H qruplarında oyunlar baş tutacaq.

Keçiriləcək 7 qarşılaşma final mərhələsinə 5 vəsiqənin sahibini müəyyənləşdirə bilər. Qonşu Türkiyə yığması bunun üçün bir xal qazanmalıdır.

H qrupunun lideri olan Şenol Günəşin yetirmələri İslandiyaya uduzmasa, 12 ölkədə keçiriləcək AVRO-2020-yə vəsiqəni rəsmiləşdirəcək. Əks halda, “ay-ulduzlular”ın taleyinə son turda aydınlıq gələcək.

İslandiya qalib gəlməsə, təkcə Türkiyə deyil, Fransa da final mərhələsinə yüksələcək. Əgər şimallılar 3 xal qazansalar, son dünya çempionları Moldova üzərində qələbə ilə AVRO-2020-yə bileti sifariş edə bilərlər.

A qrupunda da hər iki komandanın bəlli olması mümkündür. İngiltərə yığması bunun üçün Monteneqroya uduzmamalıdır. Çexiya isə Kosovonu yenməlidir ki, final mərhələsinə çıxsın. Bu baş versə, İngiltərə məğlubiyyətlə də ilk iki yerdən birini təmin edəcək.

Ukraynanın artıq final mərhələsinə çıxdığı B qrupunda 2-ci komanda Portuqaliya olmağa yaxındır. Bunun üçün Kriştianu Ronaldo və komandası qalib gəlməli, Serbiya isə Lüsksemburqla dueldə xal itirməlidir.

Qeyd edək ki, final mərhələsinin 6 iştirakçısı artıq dəqiqləşib. Bunlar Belçika, Polşa, Ukrayna, Rusiya, İspaniya və İtaliyadır.


AVRO-2020-nin seçmə mərhələsi
IX tur
14 noyabr

A qrupu
23:45. İngiltərə - Monteneqro
23:45. Çexiya – Kosovo

1

İngiltərə

6

5

0

1

26-6

15

2

Çexiya

6

4

0

2

11-9

12

3

Kosovo

6

3

2

1

12-10

11

4

Monteneqro

7

0

3

4

3-15

3

5

Bolqarıstan

7

0

3

4

5-17

3

B qrupu
23:45. Serbiya – Lüksemburq
23:45. Portuqaliya – Litva

1

Ukrayna

7

6

1

0

15-2

19

2

Portuqaliya

6

3

2

1

14-6

11

3

Serbiya

6

3

1

2

12-13

10

4

Lüksemburq

6

1

1

4

5-11

4

5

Litva

7

0

1

6

5-19

1

H qrupu
21:00. Türkiyə - İslandiya
23:45. Fransa – Moldova
23:45. Albaniya – Andorra

1

Türkiyə

8

6

1

1

16-3

19

2

Fransa

8

6

1

1

21-5

19

3

İslandiya

8

5

0

3

12-10

15

4

Albaniya

8

4

0

4

14-10

12

5

Andorra

8

1

0

7

1-16

3

6

Moldova

8

1

0

7

2-22

3