14:05 21-10-2019
news_image

Güləşçilərimizdən iki medal - beynəlxalq turnirdə

Rusiyanın Kemerovo şəhərində sərbəst güləş üzrə "Şaxtaçı şöhrəti" beynəlxalq turniri keçirilib.

APA-nın məlumatına görə, yarışda çıxış edən Azərbaycan millisinin iki üzvü fəxri kürsüyə qalxıb. 

Yalnız finalda Qırğızıstan təmsilçisinə məğlub olan İsmayıl Abdullayev (74 kq) gümüş medalı boynundan asıb. Gənclər arasında Avropa üçüncüsü İslam Abuyev (125 kq) isə bürünc medala sahib çıxıb.