11:05 30-10-2019
news_image

Azərbaycan 6 taekvondoçu ilə təmsil olunacaq - Avropa Oyunlarında

Noyabrın 1-də İtaliyanın Bari şəhərində taekvondo üzrə Avropa Oyunları start götürəcək. 

APA-nın məlumatına görə, G4 kateqoriyalı yarışda Azərbaycan millisi də iştirak edəcək. 

Komandanın baş məşqçisi Reza Mehmandost yarışda Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Radik İsayev (+80 kq), Patimat Abakarova (53 kq), Fəridə Əzizova (67 kq) və Zahra Fazel Kalxorana (+67 yuxarı) şans verəcək.

Avropa Oyunlarında qitənin 45 ölkəsindən 213 idmançının (114 kişi, 99 qadın) iştirakı gözlənilir. Turnirin qalibi aktivinə 40, ikinci yerin sahibi 24,5, bürünc mükafatçı isə 17,5 xal əlavə edəcək.