16:14 31-10-2019
news_image

Xankişi Hüseynov vəfat edib

Azərbaycan güləş ailəsinə ağır itki ilə üz verib.

APA-nın məlumatına görə, oktyabrın 28-də tanınmış güləş mütəxəssisi Xankişi Hüseynov dünyasını dəyişib.

86 yaşında vəfat edən təcrübəli məşqçinin Şamaxıda sərbəst güləşin inkişafında böyük xidmətləri olub. 1983-cü ildə əməkdar məşqçi, 2006-cı ildə isə Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi adına layiq görülmüş X.Hüseynov Həsrət Məmmədyarov, Qahir Mahmudov, Telman Məmmədov, Elşən Məmmədov, Telman Xəlilov, Telman Qarayev və başqa tanınmış güləşçilərin yetişməsində böyük pay sahibi olub.

Allah rəhmət eləsin!