09:01 01-11-2019
news_image

Aynur Məmmədova 4-cü dəfə Avropa çempionu olub

İtaliyanın Bari şəhərində parataekvondo üzrə Avropa çempionatı keçirilib.

APA-nın məlumatına görə, yarış Azərbaycan millisi üçün uğurlu alınıb. 

Yığmanın heyətində Aynur Məmmədova bütün rəqiblərini məğlub edib. Nəticədə +58 kq çəkidə mübarizə aparan paratakvondoçu dördüncü dəfə Avropa çempionu tituluna yiyələnib. 

O, bu qələbə ilə Tokio-2020 Paralimpiya Yay Oyunlarında iştirak etmək üçün növbəti lisenziya xallarına da sahib olub.