12:22 12-11-2019
news_image

Kubalı baş məşqçi Azərbaycan yığmasında işə başladı

Kişi boksçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışına start verib. 

APA-nın məlumatına görə, yeni baş məşqçi Umberto Orta Dominqezin rəhbərliyi altında bir araya gələn yığma hazırlığı Bakı Boks Mərkəzində keçir. 

Gündə 2 dəfə təşkil olunan məşqlərə hər bir çəki dərəcəsindəki liderlər cəlb edilib. Noyabrın 21-də başa çatacaq toplanışda əsas məqsəd milli üzvlərinin hazırkı durumu ilə tanışlıq xarakteri daşıyır. 

Hazırlığın ardınca Azərbaycan çempionatı başlayacaq və yarışın yekununa əsasən çalışdırıcı milli komandanın heyətini formalaşdıracaq.