02:06 15-11-2019
news_image
63
AVRO-2020

"AVRO-2020-də əlimizdən gələnin ən yaxşısını edəcəyik" - Merih Demiral

"Ölkəmizə xeyirli-uğurlu olsun. Bu çətin dövrdə insanlarımıza sevinc bəxş etdiyimiz üçün xoşbəxtik". 

APA-nın məlumatına görə, bunu Türkiyə yığmasının futbolçusu Merih Demiral deyib. 

AVRO-2020-nin seçmə mərhələsində İslandiya ilə 0:0 hesablı heç-heçə ilə final mərhələsinə vəsiqəni təmin edən "ay-ulduzlular"ın gənc stopperi matç barədə təəssüratlarını bölüşüb: "Tərəfdarlarımız bizi 90 dəqiqə dəstəklədi. AVRO-2020-də əlimizdən gələnin ən yaxşısını edəcəyik, kimsənin buna şübhəsi olmasın".