15:16 16-11-2019
news_image
74
FUTBOL

“Zirə”nin hücumçusu Zimbabvedə 90 dəqiqə oynadı

"Zirə"nin futbolçusu Mfo Kqasvane Botsvana millisinin heyətində növbəti oyununa çıxıb. 

Apasport.az saytının məlumatına görə, hücumçu Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Zimbabve ilə matçda iştirak edib.

M.Kqasvane 90 dəqiqə əvəzlənmədən meydanda olub. Matç 0:0 hesabı ilə başa çatıb.