13:47 17-11-2019
news_image
80
AVRO-2020

AVRO-2020-nin püşkatması: Belçika da 1-ci səbətdə

AVRO-2020-nin püşkatması zamanı daha bir komandanın hansı səbətdə yer alacağı səbət müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, 9 qələbə ilə qrup birinciliyini təmin edən Belçika 1-ci səbətdə qərarlaşacaq.

Bu, noyabrın 30-da Rumıniyada baş tutacaq tədbirdə səbəti müəyyənləşən ikinci yığmadır. İtaliya millisi də ən güclülər səbətində yerini təmin edib.

Final mərhələsinə yüksələn digər 14 komandanın taleyinə isə son tur aydınlıq gətirəcək.

5 yığma – Xorvatiya, İngiltərə, İspaniya, Ukrayna və Polşa qrup qalibi olduğundan ilk iki səbətdən birinə düşəcək.

Rusiya ilə Avstriya isə ya 2-ci, ya da 3-cü səbətdə qərarlaşacaq. Finlandiya ilə İsveç isə ən zəif iki “altılıq”dan birinə düşəcək. Şimallılar 3-cü və ya 4-cü səbətdə qərarlaşacaq.

Qitənin nəhənglərindən olan Fransa, Almaniya və Hollandiya üçün 3 variant mümkündür. Onlar sonuncu səbətdən başqa istənilən “altılığ”a düşə bilər. Çexiya isə əksinə, 1-cidən başqa digər səbətlərdən birində yer alacağını gözləyir.

Hələlik 4 səbətdən hər birinə düşmək ehtimalı olan bir komanda var. Bu da qonşu Türkiyə yığmasıdır.