14:57 17-11-2019
news_image
120
AVRO-2020

Maksim Medvedev Slovakiyaya aparılmır

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev heyətdən çıxarılıb.

Buna futbolçunun zədələnməyi səbəb olub. O, AVRO-2020-nin seçmə mərhələsində noyabrın 19-da Trnava şəhərində keçiriləcək Slovakiya – Azərbaycan oyununa aparılmayacaq.

Qeyd edək ki, Uelslə oyundan əvvəl zədələnən müdafiəçi dünənki matçdan da kənar qalmışdı.