20:27 17-11-2019
news_image
106
AVRO-2020

“Bakıda qalib gələ bilmədiyimiz üçün təəssüflənirik” - Davor Şuker

“Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmağımızdan razı qaldıq. Futbol gözlənilməzliklərlə doludur. Lakin özümüzə inandıq və istəyimizə çatdıq”. 

Apasport.az saytının məlumatına görə, bunu Xorvatiya Futbol İttifaqının prezidenti Davor Şuker deyib.

Yığmanın AVRO-2020-nin final mərhələsinə yüksəlməsinə münasibət bildirən qurum rəhbəri Bakıda yığmamızla qarşılaşmanı xatırlayıb. O, Azərbaycanla görüşdəki 1:1 hesablı heç-heçəyə təəssüfləndiyini qeyd etsə də, Macarıstandakı məğlubiyyəti daha acınacaqlı saydığını vurğulayıb: “Biz Bakıda Azərbaycan yığmasına qalib gələ bilmədiyimiz üçün təəssüflənirik. Lakin həmişə evdə üç, səfərdə bir xal qazanmaq prinsipi ilə irəliləmək də fayda verir. Macarıstanla Budapeştdəki görüşdə buna əmək edə bilmədik. Son görüşdə Slovakiyaya qalib gələ bilməsəydik, vəziyyət başqa cür olacaqdı”.

Qeyd edək ki, xorvatiyalılar Slovakiya ilə matçda 3:1 hesablı qələbə qazanaraq final mərhələsinə yüksəliblər.