20:41 17-11-2019
news_image
84
AVRO-2020

"Azərbaycanı məğlub etmək istəyirik" - Pavel Hapal

"Nəticədən çox məyusuq. Bundan yaxşısını edə bilərdik. İlk hissədəki üstün oyunumuzu fasilədən sonra davam etdirə bilmədik. Xorvatlar isə səbirlə oynayaraq, qələbə qazandılar". 

Apasport.az saytı xəbər verir ki, bunu Slovakiya yığmasının baş məşqçisi Pavel Hapal deyib.

O, yerli mətbuata açıqlamasında Avropa çempionatının seçmə mərhələsində Xorvatiya ilə keçirilən səfər oyununu dəyərləndirib. Komandasının 1:3 hesabı ilə məğlub olduğu qarşılaşmanın ikinci hissəsindəki performansdan narazı qalan 50 yaşlı mütəxəssis futbolçularda əhval-ruhiyyənin aşağı olduğunu vurğulayıb.

Hapal seçmə mərhələnin Azərbaycan millisinə qarşı keçiriləcək son görüşü barədə də danışıb: "Futbolçularımızda məyusluq davam edir. Azərbaycanla oyuna yaxşı bərpa olunmaq üçün çox vaxtımız yoxdur. Son matça ciddi hazırlaşmalıyıq. Azərbaycanı məğlub etmək istəyirik. Xüsusən də, seçmə mərhələdə slovakiyalı azarkeşlərlə qələbə qazanaraq vidalaşmaq istəyirik. Final mərhələsinə şansımız da hələ davam edir. Bu üzdən də sona qədər mübarizəmizi davam etdirəcəyik".

Qeyd edək ki, noyabrın 19-da Trnava şəhərində keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.