22:56 17-11-2019
news_image
103
AVRO-2020

“Qarabağ”ın futbolçusu ehtiyatda qaldı

Azərbaycan çempionu “Qarabağ”ın futbolçusu Simeon Slavçevin şərəfini qoruduğu Bolqarıstan millisi AVRO-2020-nin seçmə mərhələsində son oyununu keçirib.

Apasport.az-ın məlumatına görə, balkanlılar X turda Çexiyanı qəbul edib.

Bu matçadək qələbəsi olmayan meydan sahibləri ilk dəfə üç xala seviniblər – 1:0. Adi qarşılaşmanın protokoluna daxil edilən S.Slavçev qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, yarımmüdafiəçi seçmə mərhələdə 2 oyun keçirib, 112 dəqiqə meydanda olub və 1 sarı vərəqə alıb.