23:03 17-11-2019
news_image
78
AVRO-2020

Harri Keyn zirvədə

AVRO-2020-nin seçmə mərhələsinin bombardirlər siyahısında təkhakimiyyətlilik yaranıb.

Apasport.az saytının məlumatına görə, buna İngiltərə millisinin futbolçusu Harri Keynin qol hesabını artırması səbəb olub.

Kosovo ilə az əvvəl başa çatan səfər matçında (4:0) qol sevinci yaşayan hücumçu tsikldə 12-ci dəfə fərqlənib. Bununla da H.Keyn şəriklərini arxada qoyub.

Bu görüşədək 11 qol vuran ingiltərəli Kriştianu Ronaldo (Portuqaliya) və Eran Zahavi (İsrail) ilə eyni göstəriciyə malik idi. Ardıcıl 6 matçda fərqlənən portuqaliyalı seçmə mərhələni başa vurubsa, israilli H.Keynə yenidən çatmaq, hətta onu keçmək imkanına malikdir.