00:12 18-11-2019
news_image
76
FUTBOL

“Zirə”nin futbolçusu Uqandadan məyus ayrıldı

“Zirə”nin futbolçusu Robin Nqalande Malavi millisində növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, hücumçu Afrika Millətlər Kubokunun seçmə mərhələsində meydana çıxıb.

O, B qrupunun II turunun Uqanda ilə görüşünün iştirakçısı olub. Səfər oyununda 0:2 hesabı ilə uduzan Malavi liderliyi əldən verib. R.Nqalande bu matçın 68-ci dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, dörd gün öncə Cənubi Sudanla görüşən malavililər 1:0 hesabı ilə qalib gəlib. R.Nqalande həmin qarşılaşmanın son dəqiqəsində meydana çıxıb.