01:42 18-11-2019
news_image
75
AVRO-2020

Yevgeni Koçukun komandası yenə uduzdu

“Səbail”in futbolçusu Yevgeni Koçuk Moldova milli komandasında növbəti oyununu keçirib.

Apasport.az-ın məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi AVRO-2020-nin seçmə mərhələsinin son turunda meydana çıxıb.

O, İslandiya ilə ev qarşılaşmasında iştirak edib. Matça start heyətində çıxan Y.Koçuk görüşü əvəzolunmadan keçirib.

Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Moldova millisi H qrupunda mübarizəni 3 xalla sonuncu pillədə tamamlayıb.

Qeyd edək ki, Y.Koçuk seçmə mərhələdə 5 oyun keçirib.