09:58 18-11-2019
news_image

Cüdoçularımız Avropa Kubokundan 4 medalla qayıdır

Macarıstanda yeniyetmə cüdoçular arasında Avropa Kuboku keçirilib. 

Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması yarışı 4 medalla başa vurub. 

Komandamızın heyətində Nurlan Kərimli (50 kq) qızıl, Əlirza Şıxəlizadə (81 kq), Hüseyn Allahyarov (50 kq) və Aydın Rzayev (60 kq) bürünc medal qazanıblar. Bu göstərici Azərbaycanı 30 ölkə arasında 6-cı edib.