10:07 18-11-2019
news_image
108
AVRO-2020

“Azərbaycana səfərin necə çətin olduğunu bilirdik” - Aron Remsi

“Dünya çempionatının final mərhələsindən kənarda qalmağımız üzücü idi. 2016-cı ildə olduğu kimi yenə Avropa çempionatında oynamaq istəyirik”.

Apasport.az saytının məlumatına görə, bunu Uels millisinin futbolçusu Aron Remsi deyib.

28 yaşlı yarımmüdafiəçi AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycanla oyunundakı qələbədən danışıb. O, Bakıdakı 2:0 hesablı qələbədən sonra final mərhələsinə daha da yaxınlaşdıqlarını Macarıstanla son matçda qalib gəlmək üçün hər şey edəcəklərini bildirib: “AVRO-2016-da ən yaxşı günlərimizi keçirdik. Eyni hissləri yenidən yaşamaq istəyirik. Azərbaycanla qarşılaşmada qalib gəlmək üçün bütün qüvvəmizi səfərbər etdik. Bura səfər etmək çox çətindir. Xorvatiya da bura gedib və xal itirib. Ona görə necə çətin olduğunu bilirdik”.