12:13 18-11-2019
news_image
85
AVRO-2020

Slovakiya yığmasında yeni qapıçı

AVRO-2020-nin seçmə mərhələsinin son turunda Azərbaycan yığması ilə qarşılaşacaq Slovakiya millisinin heyətində dəyişiklik edilib.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Pavel Hapal “Jilina”nın qapıçısı Dominik Holeki komandaya dəvət edib. 

Yeni qapıçı komandayla ilk məşqini də keçib. O, yığmada Dominik Qreyfi əvəzləyib.

Sonuncu sağlamlığındakı problemlər üzündən məşqlərdən azad olunub. Qapıçı çiynində ağrılar hiss edib. Tibbi müayinə ciddi problem olmadığını göstərsə də, məşqçilər korpusu risk etməmək üçün qapıçıya istirahəti zəruri sayıb. Onu heyətdən kənarlaşdırmağı düzgün hesab etməyən baş məşqçi qolkiperin yığmanın düşərgəsində istirahətinə qərar verib.

Qeyd edək ki, “Slovan”ın qapıçısı olan D.Qreyf yığmada əsasən ehtiyatda qalır.